!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlandı

!Reklam – Yazi

2019-cu ildən indiyə qədər Azərbaycanda 202 uşaq övladlığa verilib.

Yenicag.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev deyib.

O bildirib ki, onlardan 104 nəfər oğlan, 98-i qızdır: “Bu ilin aprelin 1-ə kimi isə 54 uşaq övladlığa verilib”.

F.Ağayev söyləyib ki, sosial xidmət müəssisələrində olan valideyn himayəsindən məhrum olmuş 1575 uşağın uçotu aparılıb. Onun sözlərinə görə, onlardan 625 qız, 490 oğlandır: “Həmin uşaqların uçotu aparılaraq elektron bazaya yerləşdirilir. Uşaqlar haqqında məlumatları oradan əldə etmək mümkündür”.

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv