Azərbaycanda oynamış futbolçu 4,2 milyon avroya satıldı

“Qəbələ”nin sabiq futbolçusu Leonardonun yeni klubu bəlli olub.

Yenicag.az xəbər verir ki, braziliyalı oyunçu Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçib.

Tərəflər arasınsda 1+1 illik müqavilə bağlanılıb.

Maraqlıdır ki, “Transfermarkt” “Əl-Əhli”nin bu keçid üçün Serbiya “Partizan”ınına 4.2 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, Leonardo da Silva Souza “Qəbələ”də 2013/2014 mövsümündə çıxış edib.

Yenicag.az

COP29