!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda pambıq üzrə məhsuldarlıq göstəricisi 2,42 sentner artdı

!Reklam – Yazi

2022-ci il pambıqçılıq mövsümündə sahələrdən 322,3 min ton kondisiya çəkidə məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Bu barədə Yenicag.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Pambıq üzrə orta məhsuldarlıq 30,92 sent/ha təşkil edib, məhsuldarlıq göstəricisi 2,42 sentner artıb.

Başa çatmış mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də tarlalardan 35 259 ton daha çox məhsul yığılıb.

Ümumilikdə başa çatmış mövsümdə məhsul yığımı prosesinə ümumilikdə 447 kombayn və 3 085 traktor yedəyi cəlb olunub. Dövlət dəstəyinin genişləndirilıməsi fermerlərin pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ilin məhsulu üçün tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv