!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda pandemiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 662 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 585 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 551 724 nəfər müalicə olunaraq sağalıb, 7 807 nəfər vəfat edib, aktiv xəstə sayı 26 252 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 369, ötən müddət ərzində isə ümumilikdə 5 521 070 test aparılıb.

 

 

 

www.yenicag.az

177
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100