!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda PENSİYA TƏBƏQƏLƏŞMƏSİ: “O layihəni Səlim Müslümova təqdim etsəm də...” – Keçmiş nazir

!Reklam – Yazi

“Ölkədə doqquz-on min, hətta on beş min manat məbləğində pensiya alan şəxslər var”.

Bu fikirləri Azərbaycanda formalaşmış pensiya sisteminin çatışmazlıqlarından danışan sabiq maliyyə naziri Saleh Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Saleh Məmmədov təəssüflə qeyd edib ki, vaxtilə hazırladığı və mütərəqqi dünya təcrübəsinə əsaslanan layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sabiq rəhbərliyinə təqdim etsə də, həmin təkliflərdən istifadə olunmadı:

“Mən Azərbaycan hökumətinin yerinə olsaydım, bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün yeni pensiya islahatı həyata keçirərdim. Bununla bağlı təkliflərimi keçmiş nazir Səlim Müslümova təqdim etmişdim. Amma mənim təkliflərimin tam əksinə olan bir sistem quruldu.

Eyni zamanda, Azərbaycanda pensiyaların hesablanmasında çox ciddi təbəqələşmə mövcuddur. Bilirsiniz, bütün dünyada pensiyalar əməyə görə verilən bir məbləğ deyil, insanların öz həyat tərzlərini qurmaları üçündür. Pensiyalar arasında təbəqələşmə ən çox iki, yaxud da üç-dörd dəfə olar. Məsələn, Azərbaycanda doqquz-on min, hətta on beş min manat məbləğində pensiya alan şəxslər var. Bu rəqəmi minimum pensiya məbləği ilə müqayisə etdikdə, görün hansı nəticə alınır. Ona görə deyirəm ki, dünyanın heç bir ölkəsində pensiya məbləğlərində bu qədər təbəqələşmə yoxdur. İnsanların əmək haqqında, əldə etdikləri mənfəətdə fərq ola bilər, amma pensiya təminatında bu qədər təbəqələşməyə yol verilməməlidir”.

A.Zeynalov

www.yenicag.az

2390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv