Azərbaycan əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev pensiyaların artımı ilə bağlı danışıb.
Yenicag.az xəbər verir ki, o, nazirlikdə keçirilən brifinqdə orta aylıq əmək pensiyasının 5 faiz artacağını bildirib.
“Yanvarın 1-də vəziyyət bu idi ki, orta aylıq əmək pensiyası 222 manat, yaşa görə pensiya isə 240 manatdır. 3 faizli indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya 228-229, yaşa görə orta aylıq pensiya isə 250 manata yüksələcək. Ancaq gözləntimiz odur ki, orta aylıq əmək pensiyası 5 faizə qədər artacaq”.
Emin