!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artdı

!Reklam – Yazi

2022-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11,0 milyard manatlıq, o cümlədən 6,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,8 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.

Yenicag.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-ərzaq malları üzrə 3,7 faiz artmışdır.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

2022-ci ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,0 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 15,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 14,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2021-ci ilin yanvar- mart aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 10 998,4 103,1
o cümlədən:
ərzaq məhsulları 5 608,8 102,9
içkilər və tütün məmulatları 603,5 100,5
toxuculuq məhsulları, geyim və ayaqqabılar 1 665,8 100,3
elektrik malları və mebellər 519,5 100,6
kompüterlər, telekommunikasiya

avadanlıqları və çap məhsulları

125,6 185,7
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 264,7 121,2
avtomobil benzini və dizel yanacağı 572,8 111,4
digər qeyri-ərzaq malları 1 637,7 99,7

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv