!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda peyvənd olunanların SAYI

!Reklam – Yazi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 070 vaksin vurulub.

Bu barədə Yenicag.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 1 180, ikinci doza vaksinlərin sayı 1 656 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 18 163-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1 071 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 246 942, birinci doza peyvəndlərin ümumi sayı 5 313 384, ikinci doza vaksinlərin sayı 4 802 388 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 913 043, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 218 127 olub.

www.yenicag.az

323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv