Azərbaycanda qaçqın statusu ilə yaşayan əcnəbilərə ŞAD XƏBƏR

Azərbaycanda qaçqın statusu altında yaşayan əcnəbilərin “Yol sənəd”i gələn həftə təqdim olunacaq.

Yenicag.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, ötən ildən hazırlanan bu sənəd artıq hazırdır:

“Ölkəmizdə qaçqın statusunda yaşayan əcnəbilər üçün yaradılmış “yol sənədi” artıq hazırdır. Bu sənəd yanvar ayının 23-dən həmin şəxslərə təqdim olunacaq. Sözügedən “Yol sənədi” ilə həmin ad altında yaşayan şəxslər başqa bir ölkələrə rahat şəkildə səyahət edə biləcəklər”.

COP29