!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda qadın cinayətlərinin dəhşətli statistikası - Qorxunc artım

!Reklam – Yazi

Cari ilin yanvar-iyun ayları ərzində qadınlara qarşı törədilmiş cinayətlərin sayı 9,0 faiz artıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu il 12320 nəfər cinayət törətmiş şəxs müəyyən edilib, 9723 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,1 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 1,9 faiz təşkil edib.
Həmçinin, cinayət məsuliyyətinə cəlb olunmuşların 60,4 faizi əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 25,6 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.

Vurğulanıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun ayları ərzində qadınlar tərəfindən və onların iştirakı ilə törədilmiş cinayətlərin sayı müvafiq olaraq 8,4 faiz və 13,7 faiz artıb.

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv