!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda qarşıdakı 3 gündə gözlənilən hava şəraiti açıqlanıb

!Reklam – Yazi

Yanvarın 5, 6 və 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Yenicag.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Yanvarın 6-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub qərb küləyi 6-da arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Küləyin maksimal sürəti bəzi yerlərdə 25-30 m/saniyəyə çatacaq. Axşama doğru külək zəifləyəcək. Havanın temperaturu günorta saatlarında 8-13 dərəcə isti olacaq. Bölgələrdə də yanvarın 5-i günün birinci yarısında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz Qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv