!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda qaz kəmərlərində itkilər artdı

!Reklam – Yazi

Ötən il Azərbaycanda magistral qaz kəmərlərində 50,6 mln. kubmetr itki olub, bu da illik müqayisədə 4,5% çoxdur.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, 2021-ci ildə respublika üzrə qaz kəmərlərində itkilər 48,4 mln. kubmetr təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda magistral qaz kəmərləri ilə 39 240,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 11,8% çoxdur.

Ötən il qaz nəqlinin 53%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 20 803,7 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin göstəricisi ilə müqayisədə 18,01%-lik artım).

Xatırladaq ki, qeyd olunan boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv