!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda qələbə ruhu ilə formalaşan YENİ NƏSİL: Dövlət öz gələcəyinin yolunu necə açır? - TƏHLİL

!Reklam – Yazi

Yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsi həm dövlət, həm də xalq üçün xüsusi əhəmiyyət kəsb edir.

Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Belə ki, keçən əsrin 70-80-ci illərində Ulu Öndərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla, aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu. Ümummilli lider Heydər Əliyevdən sonra dövlət gənclər siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində Azərbaycan gəncliyi ictimai bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Çünki gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişaf etdirilməsi Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Psixoloqlara görə, vətənpərvərlik ruhunu uşaqlarda və gənclərdə daha çox inkişaf etdirmək üçün ilk növbədə Vətəni tanıtmaq lazımdır. Bu fonda uşaqlara vətənləri barədə məlumatların yaradıcı formada çatdırılması daha effektlidir. Eyni zamanda, aşağı siniflərdən bütün şagirdlərə Vətəni sevmək və onun milli dəyərlərinə hörmət hissi aşılanmalıdır. Orta məktəb dərsliklərində tarixi qəhrəmanlarımız olan Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, C`əmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə deməyə əsas verir ki, Azərbaycan xalqı qəhrəman xalqdır.

Bu baxımdan, təhsil müəssisələrində fənnindən asılı olmayaraq, hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Çünki vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət-ənənələrinə bağlanmış dövlətçilik şüuru durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. Şagirdlərdə milli mənlik şüurunun inkişaf etdirilməsi onların müstəqil dövlətimizə sadiq vətəndaş kimi yetişməsinə zəmin yaradır. Gəncləri milli vətənpərvərlik ruhunda tərbiyə etmək çətin olduğu qədər, məsuliyyətli işdir.

Ümumiyyətlə, vətənpərvərlik tərbiyəsi Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi ölkənin gəncləridir. Bu baxımdan, məktəblərimizdə gənclərlə iş sahəsində görülən tədbirlər onların vətənpərvərlik ruhunun daha da inkişaf etməsinə təkan verir. Qeyd etmək lazımdır ki, ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli mənlik şüurunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, Vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir.

Demək olar ki, 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi şücaət də bir vətənpərvərlik məktəbinin əsasını qoydu. Müharibənin ən ağır yükü cəbhədə misilsiz qəhrəmanlıqlar göstərən, ərazi bütövlüyümüz naminə şəhid olan, yaralanan, hər bir yüksəkliyin, kəndin, qəsəbənin, şəhərin azadlığı üçün silah yoldaşları ilə birgə böyük əziyyətlər çəkən gənc əsgər və zabitlərimizin üzərinə düşdü. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpağımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsindən sonra indi Azərbaycan gəncliyi qarşısında o torpaqların bərpası, abadlaşdırılması, sosial-iqtisadi dirçəlişi, yurdlarımızın yenidən gülüstana çevrilməsi kimi bir missiya durur.

Son vaxtlar orduya göstərilən qayğı, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrlə bağlı verdiyi sərəncam və fərmanlar, əsgər və zabitlərimizə göstərdiyi diqqət gənclərdə vətənpərvərlik hisslərinin artmasına müsbət təsir göstərir. Bu gün Azərbaycan gəncləri dünyanın ən qabaqcıl gəncləri sırasındadırlar. Müxtəlif sahələrdə, o cümlədən, idmanda gənc nəslin nümayəndələri özlərinin bacarıqlı, güclü olduqlarını bütün dünyaya nüçayiş etdirməkdədirlər. Müstəqil Azərbaycanda son illər inşa edilən idman qurğuları, Olimpiya idman kompleksləri, stadionlar, zallar, uşaq və yeniyetmələrimizin sağlamlığının daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

Azərbaycanın nüfuzunu günbəgün artıran, onu dünyaya geniş miqyasda tanıtdıran amillərdən biri də idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərdir. Ümumiyyətlə, idman hər bir ölkənin dünya miqyasında tanınmasında, onun beynəlxalq səviyyədə nüfuzunun artmasında mühüm rol oynayan amillərdən biridir. Mütəxəssislərin fikrincə, ölkəmizdə son günlər baş verən hadisələri analiz edərkən, ayrı-ayrı vaxtlarda cəmiyyətimizin müxtəlif baxışlı üzvləri kimi davranan, bəzən fərdi məqsədlərini ümumi cəmiyyət məqsədlərindən üstün tutan insanların da bir amal ətrafında heç bir tərəddüd etmədən birləşməsi qürurverici və tariximiz üçün unudulmaz bir həmrəylikdir. Unutmaq olmaz ki, dünyaya inteqrasiya, çağdaş zamanla uzlaşmaq baxımından gənc nəslin rolu böyükdür.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hissləri” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv