!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda qeyri-neft sektoruna yönəldilən investisiyaların STATİSTİKASI

!Reklam – Yazi

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 2 milyard 440,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28,0 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 10,1 faiz artıb.

İstifadə olunmuş vəsaitin 1 milyard 524,7 milyon manatı və ya 62,5 faizi məhsul istehsalı sahələrinə, 743,2 milyon manatı (30,4 faizi) xidmət sahələrinə, 172,8 milyon manatı (7,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 676,7 milyon manatını və ya 68,7 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 688,2 milyon manatı və ya 69,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,8 faiz, büdcə vəsaitləri 24,6 faiz, əhalinin şəxsi vəsaitləri 8,1 faiz, sair vəsaitlər 3,8 faiz, bank kreditləri isə 1,7 faiz təşkil edib.

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv