!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda qızıl hasilatı ARTIB - FOTO

!Reklam – Yazi

2022-ci ilin yanvar ayında Azərbaycanda hasil olunan qiymətli metalların həcmi 453,9 kiloqram olub.

Yenicag.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, hasilat 2021-ci ilin yanvar ayı ilə müqayisədə 238,5 kiloqram və ya 34,4 faiz azdır.

Bir ay ərzində 302,4 kiloqram qızıl, 151,5 kiloqram gümüş hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatı 11,6 faiz artıb, gümüş hasilatı isə 64,1 faiz azalıb.

Bildirilib ki, 1 fevral 2022-ci il tarixinə görə, ölkədə 355,7 kiloqram hazır qızıl ehtiyatı, 181,7 kiloqram hazır gümüş ehtiyatı var. Ötən ilin eyni dövrünə nisbətən qızıl ehtiyatların həcmi 2,8 faiz, gümüş ehtiyatları 56,1 faiz azalıb.

Əlavə edək ki, müvafiq dövrdə 196,9 ton mis filizləri və konsentratları hasil edilib. Ümumi hasilat həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz azalıb. Bu məhsul növü üzrə 311,5 ton hazır ehtiyat yaranıb.

www.yenicag.az

828
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv