Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Yenicag.az-ın məlumatına görə, iyulun 3-də qızılın qiyməti iyulun 2-i ilə müqayisədə 15,385 manat (0,51 faiz) azalaraq 1 unsiya üçün 3 016,718 manat təşkil edib.
Gümüş 0,3642 manat (1,2 faiz) ucuzlaşaraq 1 unsiya üçün 30,6249 manata bərabər olub.
Platinin qiyməti 28,5855 manat (2,02 faiz) azalaraq 1 384,88 manat, palladiumun qiyməti 38,437 manat (1,2 faiz) azalaraq 3 247,85 manat təşkil edib.
Bir ay ərzində bir unsiya qızıl 81,328 manat (2,8 faiz) bahalaşıb, gümüş 0,282 manat (0,9 faiz) bahalaşıb, platin 39,9925 manat (2,8 faiz) ucuzlaşıb, palladium 126,191 manat (3,7 faiz) ucuzlaşıb.