Azərbaycanda qızıl və gümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Yenicag.az-ın məlumatına görə, yanvarın 30-da qızılın qiyməti yanvarın 29-u ilə müqayisədə 23,2475 manat artaraq 1 unsiya üçün 2684,3765 manat təşkil edib.

Gümüş 0,2549 manat bahalaşaraq 1 unsiya üçün 29,948 manata bərabər olub.

Platinin qiyməti 34,8755 manat azalaraq 1650,7595 manat, palladiumun qiyməti 52,105 manat azalaraq 3873,96 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.