Azərbaycanda qızıl və gümüş UCUZLAŞDI

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az-ın məlumatına görə, fevralın 4-də qızılın qiyməti fevralın 3-ü ilə müqayisədə 10,0895 manat azalaraq 1 unsiya üçün 2677,619 manat təşkil edib.

Gümüş 0,1862 manat ucuzlaşaraq 1 unsiya üçün 30,137 manata bərabər olub.

Platinin qiyməti 24,208 manat artaraq 1653,4115 manat, palladiumun qiyməti 80,6905 manat artaraq 3971,2935 manat təşkil edib.