Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, martın 5-də qızılın qiyməti martın 4-ü ilə müqayisədə 6,1285 manat azalaraq 1 unsiya üçün 2 787,4475 manat təşkil edib.

Gümüş 0,0639 manat ucuzlaşaraq 1 unsiya üçün 29,263 manata bərabər olub.

Platinin qiyməti 21,6495 manat azalaraq 1 488,2905 manat, palladiumun qiyməti 90,1595 manat artaraq 4 320,6605 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.