Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüşün qiymətləri ucuzlaşıb.

Yenicag.az-ın məlumatına görə, avqustun 13-də qızılın qiyməti avqustun 10-u ilə müqayisədə 4,386 manat azalaraq 1 troy unsiyası üçün 2054,6795 manat təşkil edib.

Gümüş 0,2464 manat ucuzlaşaraq 1 unsiya üçün 25,942 manata bərabər olub.

Platinin qiyməti 23,2305 manat azalaraq 1391,331 manat, palladiumun qiyməti isə 2,6945 manat azalaraq 1535,8905 manat təşkil edib.