Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Yenicag.az-ın məlumatına görə, fevralın 7-də qızılın qiyməti fevralın 6-ı ilə müqayisədə 20,5105 manat artaraq 1 unsiya üçün 2661,2055 manat təşkil edib.
Gümüş 0,2248 manat bahalaşaraq 1 unsiya üçün 30,2494 manata bərabər olub.
Platinin qiyməti 39,967 manat azalaraq 1633,9975 manat, palladiumun qiyməti 197,829 manat azalaraq 3961,6545 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.