Azərbaycanda qızıl və gümüşün qiyməti dəyişdi

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, martın 19-da qızılın qiyməti martın 18-i ilə müqayisədə 96,0755 manat azalaraq 1 unsiya üçün 2 501,975 manat təşkil edib.

Gümüş 1,4106 manat ucuzlaşaraq 1 unsiya üçün 20,3724 manata bərabər olub.

Platinin qiyməti 96,3475 manat azalaraq 1 045,942 manat, palladiumun qiyməti 179,622 manat azalaraq 2 642,718 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

COP29