Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.
Yenicag.az xəbər verir ki, martın 11-də qızılın qiyməti martın 10-u ilə müqayisədə 0,629 manat azalaraq 1 unsiya üçün 2 828,5025 manat təşkil edib.
Gümüş 0,0056 manat bahalaşaraq 1 unsiya üçün 28,9909 manata bərabər olub.
Platinin qiyməti 2,227 manat azalaraq 1 493,1525 manat, palladiumun qiyməti 169,439 manat azalaraq 4 113,473 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.