!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda quraqlıq PROBLEMİ: Səbəblər və həll yolları üçün TƏKLİFLƏR

!Reklam – Yazi

“Quraqlığın qarşısını almaq üçün yerli suvarma sistemlərini düzgün şəkildə qurmaq lazımdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda mümkün quraqlıq riski haqda danışan ekoloq Qorxmaz İbrahimli deyib.

Onun sözlərinə görə, yağıntıların xüsusən, qar yağıntılarının az düşməsi quraqlığı artıran amillərdəndir.

“Dünyada iqlim dəyişmələri hiss olunmaqdadır. Yağıntıların xüsusən, qar yağıntılarının az düşməsi quraqlığı artıran amillərdəndir. Quraqlığın qarşısını almaq üçün yalnız yerli suvarma sistemlərini düzgün şəkildə qurmaq lazımdır. Təəssüf ki, buzlaqlarımızın da sahəsi kiçilməyə başlayıb. Hesab edirəm ki, bu il dağlara qarın yağması az da olsa su ehtiyatlarının artmasına kömək olsa da, buna arxayın olmaq olmaz. Lakin süni şəkildə yağışın yağdırılması ilə də quraqlığın qarşısını almaq mümkün deyil. Ötən əsrin 40-cı illərində başlayan bu təcrübə də özünü o qədər də doğrultmayıb”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, yağıntı nə qədər az düşəcəksə, quraqlıq bir o qədər də artacaq:

“Bakı və Abşeron yarımadası yarımsəhra zonasında yerləşir. Kür-Araz ovalığımız 200 ildən artıq bir müddətdə sürətlə istimar olunub. Xüsusən də 19-cu əsrdə Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra buraya pambıq gətirilməsi ilə torpaqlarımız şoranlaşdırıldı. Torpaq öz münbitliyini sürətli pambıq əkini ilə itirmiş oldu. Burada söhbət təbii ki mikroiqlimin yaranmasından getmir. Yağıntı nə qədər az düşəcəksə, quraqlıq bir o qədər də artacaq. Yağıntının azalması birbaşa iqlim dəyişmələri ilə bağlı olan məsələdir”.

İsmayıl Bakuvi

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv