!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda regionların İNKİŞAFI: "Bu istiqamətdə daha təsirli addımları müşahidə edəcəyik" - TƏHLİL

!Reklam – Yazi

Azərbaycan Respublikasının iqtisadiyyatı qlobal iqtisadiyyatın tərkib hissəsidir. İqtisadiyyatın gücləndirilməsi və möhkəmləndirilməsi istiqamətində dövlətimiz uğurlu siyasətini davam etdirir.

Regional iqtisadi siyasətin bir sıra hədəfi var. Əsas hədəf isə regionlarda iqtisadi inkişafın gücləndirilməsi – daxili və xarici sərmayələrin cəlb olunması, istehsal sahələrinin artırılmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci, 2008-2014-cü və 2014-2018-ci illər üzrə dövlət proqramları ölkə iqtisadiyyatının inkişaf etdirilməsi yolunda atılan uğurlu addımlardandır.

Mövzu ilə bağlı Yenicag.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycanda regionlarda sosial-iqtsadi siyasət düşünülmüş şəkildə, uğurla həyata keçirilir:

“Müasir dünyamızın reallıqlarına diqqət yetirsək, bütün ölkələrin regional siyasətin istiqamətini düzgün müəyyənləşdirib uğurla həyata keçirə bilmədiyini görərik. Bu da ölkənin iqtisadi inkişafında öz təsirini göstərir.

Ümummilli iqtisadi inkişafda regioal inkişafın mühüm yeri var. Regionların sosial-iqtisadi inkişafı uğurla təmin olunarsa, bu, ümumi şəkildə ölkənin iqtisadi inkişafının uğurunu şərtləndirir. Məhz Azərbaycanda bu prizmadan çıxış edilir. Yəni,regionların sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində dövlət tərəfindən düşünülmüş, hər bir regionun potensialı nəzərə alınaraq, tələbatlarından da çıxış olunaraq regional siyasət müəyyənləşdirilir.

Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramını təsdiq edib. Artıq sayca beşinci proqram həyata keçirilməkdədir. Hər proqramın nəticəsinə uyğun olaraq növbəti addımlar müəyyənləşdirilir. Diqqət yetirsək, regionların sosial-iqtisadi inkişafı dövlət proqramının həyata keçirilməsindən sonra həm simasının sürətlə dəyişdiyini, həm də əhalinin maddi vəziyyətində yeni keyfiyyət mərhələsinin yarandığını görərik.

Sözügedən məsələdə yalnız regionlarda infrastruktur quruculuğu nəzərdə tutulmur. Eyni zamanda regionlarda məşğulluğun təmin olunması, əhalinin sosial problemlərinin həll olunması, ümumiyyətlə sosial rifahın təmin olunması istiqamətində təsirli addımların atılması nəzərdə tutulur.

Regionlarda sosial-iqtisadi inkişafın, əhalinin sosial rifahının təmin olunması istiqamətində dövlət tərəfindən bir sıra mühüm proqramların və layihələrin müəyyənləşdirilib, həyata keçirildiyini nəzərə almaq lazımdır. Məşğulluğun təmin olunması istiqamətində proqramı xüsusi qeyd etmək lazımdır. Dövlətimizin həyata keçirdiyi dəstək məhz sosial-iqtisadi inkişafı təmin etməkdədir.

Dövlətimizin regionlara münasibətdə həyata keçirdiyi siyasətin bir istiqamətli olmadığını bilmək lazımdır. Regional iqtisadi və regional sosial siyasət mərkəzi xətt olaraq müşahidə olunmaqdadır. Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti də bir-birini tamamlayır. Regionların sosial-iqtsadi inkişaf dövlət proqramı ümumilikdə regionlarda həyat şəraitinin yüksək tələblərə cavab verməsi baxımından da öz müsbət rolunu oynamaqdadır. İstehsal sahələrinin yaradılması, kənd təsərrüfatının inkişaf etdirilməsi, regionlara xarici sərmayələrin yönləndirilməsi, başqa ölkələrin regionları ilə Azərbyacan regionları arasında iqtisadi-ticari əməkdaşlığın inkişaf etdirilməsi məsələləri dövlətin nəzarətindədir. Bu istiqamətdə davamlı olaraq təsirli addımlar atılır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev regionlarda həyata keçirilən dövlət proqramları ilə birbaşa tanış olur. Prezidentin regionların sosial inkişaf prosesində birbaşa iştirakı dinamizmi şərtləndirməklə yanaşı keyfiyyətə təminat verir. Torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərin ümummilli iqtisadi inkişaf dövriyyəsinə qatılması sayəsində dövlətimizin regionların sosial-iqtisadi inkişafı sahəsində daha təsirli addımlarını müşahidə edəcəyik”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

1229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv