Azərbaycanda rektor vəfat etdi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Akademiyasının rektoru Çingiz Əliyev dünyasını dəyişib.

Xəzər Dəniz Gəmiçiliyindən Yenicag.az-a verilən məlumata görə, Ç.Əliyev bu gün səhər vəfat edib.

Qeyd edək ki, Çingiz Əliyev Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilmişdi.

17 elmi məqalənin, beş dərsliyin müəllifi olan Çingiz Əliyev texnika üzrə fəlsəfə doktoru idi.