!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda Rusiya avtomobillərinin satışı kəskin azaldı

!Reklam – Yazi

2022-ci ildə Azərbaycanda satılan Rusiya avtomobillərinin sayı kəskin azalıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, ötən il Azərbaycanda 698 ədəd yeni “Lada” modeli satılıb. Bu isə 2021-ci illə müqayisədə 59,4% və ya 1021 avtomobil azdır. Belə ki, “AvtoVAZ” 2021-ci ildə Azərbaycanda 1719 ədəd yeni avtomobil sata bilmişdi.

Satışların kəskin azalması “Lada”nın Azərbaycan bazarındakı yerinə də təsir edib. Rusiya brendi 2021-ci ildə Azərbaycanda satışların həcminə görə 3-cü olmuşdusa, ötən il bazar payına görə 8-ci sıraya enib.

Qeyd edək ki, sanksiyalar səbəbindən ehtiyat hissələri qıtlığı yaşayan “AvtoVAZ”ın istehsalı dayandırması nəticəsində ötən ilin yayında Rusiya markasının Azərbaycana ixracı dayandırılmışdı.

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv