Azərbaycanda şadlıq evində faciə – Tavan uçdu, ölən var

Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub.

Yenicag.az-ın məlumatına görə, hadisə rayon ərazisindəki “Aygün” şadlıq sarayında baş verib. Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub. Nəticəsində 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb./Trend/

COP29