!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda SEÇKİ NONSENSİ: “Rəqiblərinin də favorit namizədi İlham Əliyevdir”

!Reklam – Yazi

“Qarabağdan köçkün düşənlərin öz dədə-baba yurdlarına qaytarılması cəmiyyəti maraqlarından əsas mövzulardan biridir”.

Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin təşviqat çıxışlarını qiymətləndirən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.

AVP sədrinin sözlərinə görə, namizədlər efir çıxışlarında sosial məslələrə daha çox diqqət yetirirlər:

“Təbliğat-təşviqat prosesində yeddi namizəddən altısı müəyyən mənada öz partiyalarının təbliği ilə məşğuldur. Çünki qələbə üçün böyük inamları yoxdur. Bütün xalqın olduğu kimi, rəqiblərinin də favorit namizədi İlham Əliyevdir. İlham Əliyevin komandası kifayət qədər peşəkar fəaliyyət göstərir. Mövqelərini ortaya qoyur, debatlarda gələcəkdə görüləcək işləri əsaslandırmağa çalışırlar.

Əsas istiqamət olaraq isə Azərbaycanda sosial sahədə görüləcək işlər seçilib. Yəni namizədlərin əsas gələcək planlarını nəzərdən keçirsək, Azərbaycanda seçkilərdən sonra sosial rifah halının yüksəldilməsi, problemlərin həlli istiqamətində böyük işlərin görüləcəyi ilə bağlı “yol xəritəsi”nin hazırlandığını görərik.

Qarabağdan köçkün düşənlərin öz dədə-baba yurdlarına qaytarılması cəmiyyəti maraqlarından əsas mövzulardan biridir. Bu vədlərin yerinə yetirilməsi üçün genişmiqyaslı işlərə ehtiyac var. Partiya olaraq, seçki qərargahı yaratmışıq. Kampaniya başladığı gündən müəyyən tədbirlər keçirir, müşahidəçilər müəyyənləşdirir, seçki prosesini yaxından izləyirik.

Həmçinin bu yaxınlarda müşahidəçilərin iştirakı ilə seçki prosesinin necə aparılmalı olduğu ilə bağlı həm əyani, həm də onlayn formada informasiya seminarı keçirdik. Bir sözlə, biz də seçki prosesində əlimizdən gələn heç bir şeyi əsirgəmirik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv