!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda selektiv abortun FACİƏVİ STATİSTİKASI: “Tibb bacıları bu xəbəri uşağın atasına çatdıranda...”

!Reklam – Yazi

“Əvvəlki nəslin nümayəndələri öz böyüklərindən təsirlənərək o yanaşma ilə formalaşıblar”.

Bu fikirləri ölkədə selektiv abortla bağlı statistikada müşahidə edilən davamlı artımın səbəblərindən danışan sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər il təqribən 20 min uşaq dünyaya gətirilmədən tələf edilir:

“Cinsi ayrı-seçkilik dünyanın bütün ölkələrində həmişə müzakirə edilən və heç vaxt öz həllini tapmayan aktual məsələlərdəndir. Azərbaycanda doğulmadan tələf edilən uşaqların statistikası ortaya çox acınacaqlı rəqəmlər çıxarır. Selektiv abort heç nədən baş vermir, əksər qadınlar buna məcbur edilir.

Hamilə qadına USM müayinəsindən sonra bətnindəki körpənin oğlan olduğu deyiləndə, doğum evindəki tibb bacıları da bu xəbəri uşağın atasına xüsusi canfəşanlıqla çatdırırlar. Adətən, paltarın, oyuncağın, otağın – ümumiyyətlə, hər şeyin daha yaxşısı oğlan övladına aid olur. Oğlan doğan qadının ailədəki çəkisi də artır.

Düzdür, bu durumu hər ailəyə şamil etmək də olmaz, qız və oğlan övladlarına fərq qoymayan kifayət qədər valideyn var. Xüsusilə, gənc nəsil üçün artıq oğlan, yoxsa qız dilemması aradan qalxmaqdadır. Bu, çox sevindirici haldır.

Hər halda, əvvəlki nəslin nümayəndələri öz böyüklərindən təsirlənərək o yanaşma ilə formalaşıblar. Valideynlər “oğlum olmasa, nəslin davamçısı olmayacaq, soyadım itəcək” kimi düşüncələrlə bunun faciəvi olduğunu fikirləşirdilər. Gənclərimiz isə bunun o qədər də əhəmiyyətli olmaması qənaətindədirlər”.

Nuray Məmmədzadə

www.yenicag.az

397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv