!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda sənaye istehsalının həcmi 42 milyard manatı ötdü

!Reklam – Yazi

2022-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,1 faiz artaraq 42,2 milyard manat təşkil edib.

Yenicag.az xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 0,6 faiz, sənayenin qeyri neft-qaz sektorunda isə 11,5 faiz artıb. Sənaye məhsulunun 75,7 faizi mədənçıxarma,
Ətraflı

20,4 faizi emal, 3,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 88,5 faiz olub. Ümumi istehsalın 94,2 faizi sənaye məhsullarının istehsalı, 5,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv