!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda sərnişindaşıma qiymətində ŞOK ARTIM

!Reklam – Yazi

2021-ci ildə nəqliyyat xidmətlərinin qiymətləri illik 5,8 faiz artıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üzrə “Pul Siyasəti İcmalı”nda məlumat verilib.

İstehsalçı qiymətləri indeksinə görə, nəqliyyatda yükdaşımaların qiyməti 2,3 faiz, sərnişindaşıma qiyməti isə 24,2 faiz artıb.

Nəqliyyatda yükdaşımaların qiyməti əsasən avtomobil nəqliyyatı üzrə qiymət artımı (11,3 faiz) ilə bağlıdır. Sərnişindaşıma xidmətlərinin qiymətlərində yüksəlmə əsasən hava nəqliyyatı ilə sərnişindaşıma qiymətlərinin illik 28 faiz yüksəlməsi ilə əlaqədardır.

Bununla yanaşı, poçt və kuryer xidmətlərinin qiyməti 1,9 faiz artıb, rabitə xidmətlərinin qiyməti isə dəyişməyib.

www.yenicag.az

633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv