Azərbaycanda sexdə yanğın

Ağcabədidə yanğın faktı qeydə alınıb.

Yenicag.az-a FHN-dən verilən məlumata görə, rayonunun Aşağı Avşar kəndində ümumi sahəsi 280 m² olan tikilinin (çilingər sexi kimi fəaliyyət göstərir) içərisində 9 m² sahədə taxtadan ibarət otağın yanar konstruksiyaları və avtomobil şinləri yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.