Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda şirkət 20 min manat cərimələndi

Azərbaycanda nəqliyyat vasitələrinin və ağır texnikanın icarəsi sahəsində fəaliyyət göstərən “Atilla Trans Servises A” MMC inzibati qaydada cərimə edilib.

Yenicag.az-ın xəbərinə görə, valyuta tənzimi qaydalarını pozduğuna görə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsi şirkətin 11 756,41 ABŞ dolları (19 986 manat) cərimə edilməsi barədə qərar çıxarıb.

“Atilla Trans Servises A” MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Qərardan şirkət tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Atilla Trans Servises A” MMC 1997-ci ildə təsis olunan “Atilla Group”a aidir. Azərbaycanda nəqliyyat vasitələrinin və ağır texnikanın icarəsi sahəsində fəaliyyət göstərən şirkətin 150 nəqliyyat vasitəsindən ibarət olan avtoparkı (VIP sinfinə aid olan avtomobillər, texnika və avadanlıqlar, krossoverlər, şatl avtobusları və s.) mövcuddur./Report/

Loading...

www.yenicag.az

605
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100