!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda siyasi fəallıq PROBLEMİ: “Türkiyədə vətəndaş öz məsuliyyətini anlayaraq seçkiyə gedir, bizdə isə...” – RƏY

!Reklam – Yazi

“Türklər altı yüz illik Osmanlı dönəminin nəticəsi olaraq imperiya və dövlətçilik təfəkkürünə malikdirlər”.

Bu fikirləri Türkiyədə 14 may seçkilərində müşahidə olunan seçici fəallığı və total siyasi aktivlik fonunda Azərbaycandakı vəziyyətin ümumi müqayisəsini aparan Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan əhalisinin siyasi fəallığında ciddi fərqin olmasının əsaslı səbəbləri var:

“Bu barədə danışmaq üçün öncə Türkiyə ilə Azərbaycandakı ictimai-siyasi vəziyyəti dəyərləndirdikdən sonra iki ölkə əhalisinin siyasi fəallığını müqayisə etmək lazımdır. Qeyd edək ki, son dövrlərdə Türkiyədə məhkəmələrlə medianın müstəqilliyinin məhdudlaşdırıldığı müşahidə olunur. Ancaq bununla belə, ümumi azadlıqların təmin edilməsi məsələsində Türkiyə Azərbaycandan irəlidədir.

Əsas məsələ ondan ibarətdir ki, türklər altı yüz illik Osmanlı dönəminin nəticəsi olaraq imperiya və dövlətçilik təfəkkürünə malikdirlər. Ona görə də dövlətin qurulması və qorunması üçün hər bir vətəndaş üzərinə düşən məsuliyyəti anlayaraq, bundan çıxış edir.

Azərbaycanda isə uzun müddət totalitar rejimdə yaşadığımız üçün bizim insanlara belə təlqin ediblər ki, biz sizin əvəzinizə düşünürük və qərar veririk. Bu iki məsələdə özünü göstərən fərq vətəndaşların seçkilərə münasibətini formalaşdırır.

Yəni Türkiyədə vətəndaş öz məsuliyyətini anlayaraq seçkiyə gedir, öz səsinin qorumaq uğrunda mübarizə aparır, bizim vətəndaşlar isə əsasən belə düşünüblər ki, onsuz da bu məsələni kimlərsə bizim əvəzimizdən həll edəcək, seçkiyə getməyə ehtiyac yoxdur. Buna görə də bizim əhalidə siyasi fəallıq aşağıdır”.

A.Zeynalov

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv