!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda siyasi piar PARADOKSU: “Prezidentliyə namizədlərdən heç biri hələ ki bizə...”

!Reklam – Yazi

“Ölkədəki partiya sədrlərinin mütləq əksəriyyəti siyasi fəaliyyətə kapital qoymaq düşüncəsindən uzaqdır”.

Bu fikirləri 7 fevral növbədənkənar prezident seçkilərində namizədliyi təsdiqlənmiş şəxslərin piar xidmətindən istifadə üçün şəxsn ona müraciət edib-etməmələri haqda danışan Siyasi Texnologiyalar Mərkəzinin (STM) rəhbəri Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda partiya sədrlərinin mütləq əksəriyyəti siyasi fəaliyyətə kapital qoymaq düşüncəsindən uzaqdır:

“Bəli, növbədənkənar seçkilərin artıq ən həlledici mərhələsi – təbliğat-təşviqat kampaniyası başlayıb. Bununla belə, prezidentiyə namizədlərdən heç biri hələ ki siyasi piar üçün əməkdaşlıq məqsədilə bizə müraciət etməyib. Əslində, müraciət edəcəklərini də gözləmirəm.

Çünki bizdə siyasi piara yanaşmanın özü çox problematik məsələdir. Sizə bir nümunədən bəhs etmək istəyirəm. Təqribən bir il əvvəl indi prezidentliyə namizəd olan partiya sədrlərindən biri ilə söhbətdə onun rəhbəri olduğu təşkilatın funksionerləri üçün bir neçə istiqamətdə təlim keçirilməsini təklif etdim.

Onun bu təklifə cavabını xatırladıqda, hələ də təccüblənirəm. Partiya sədri açıq formada dedi ki, sən nə danışırsan, bizim təşkilatdakı funksionerlər özlərini əvəzedilməz as sayırlar. Onlara “kimsə gəlib sizə təlim keçəcək” demək olar? Bu nümunədən vəziyyətin necə olduğunu təsəvvür edə bilərsiniz.

Yəni ölkədəki partiya sədrlərinin mütləq əksəriyyəti siyasi fəaliyyətə kapital qoymaq düşüncəsindən uzaqdır. Ona görə də, prezident seçkiləri kimi mühüm siyasi aksiyada belə onlar pul xərcləmək haqda fikirləşmirlər. Gələcəkdə bu yanaşmanın dəyişib-dəyişməyəcəyini bilmirəm, amma indiki reallıq bundan ibarətdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2116
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv