!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda strateji əhəmiyyətli mallar müəyyənləşir

!Reklam – Yazi

Azərbaycanda strateji əhəmiyyətli mallar müəyyən edilir.

Yenicag.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət ehtiyatları haqqında” qanun layihəsində qeyd olunub.

Layihəyə əsasən, ölkənin istehlak bazarında strateji əhəmiyyətli mallar (bundan sonra – strateji əhəmiyyətli mallar) – ölkənin bir sıra ərzaq malları ilə, yanacaq materialları ilə, tibb və dərman vasitələri ilə təchizatının dayanıqlığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması məqsədilə monitorinqi aparılan əhalinin gündəlik istehlak etdiyi həyat əhəmiyyətli malların məcmusudur.

Strateji ehtiyatlar əhalinin gündəlik istehlak etdiyi həyati əhəmiyyətli malların təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət artmasının qarşısını almaq məqsədilə yaradılan ehtiyatlardır.

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv