!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda sürətlə böyüyən “SEVGİ BAZARI”: “Televiziyaların fahişəliyi təbliğ etməsi...”

!Reklam – Yazi

“Prezervativlərin, qadın alt paltarlarının, cinsi zəifliyin aradan qaldırılması üçün dərman preparatlarının reklamı təşviq xarakteri daşıyır”.

Bu fikirləri insan alveri sayılan cinayətlərin tərkib hissəsi olan fahişəliyin qarşısının alınması barədə mövqeyini bölüşən “Polisə Dəstək” İctimai Birliyinin sədri, istefada polis polkovniki Şəmsəddin Əliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Qərbdə istinad edilən ictimai dəyərlərin Azərbaycanda möhkəmlənməsinə imkan verilməməlidir:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, əxlaqsızlıq yuvalarının saxlanılması qadağandır. Ancaq həmin məcəllədə fahişəliklə bağlı məsuliyyət nəzərdə tutulmayıb. Bu, yalnız inzibati məsuliyyət yaradan fəaliyyət sayılır.

Ortaya maraqlı sual çıxır: fahişəlik niyə qadağan edilmir? Bir çox hüquqşünaslar da daxil olmaqla, elə mənim özümə də buna ehtiyac olmadığı barədə irad tuturlar. Səbəb kimi də əksər ölkələrdə fahişəliyin leqallaşdırıldığını əsas gətirirlər.

Lakin insan alverini doğuran səbəblərdən birinin məhz fahişəlik olduğunu anlamırlar. Belə fəaliyyətin qarşısının alınması üçün mübarizə aparılır. Lakin faktların təsdiq olunması üçün kifayət qədər uzun müddət tələb olunur. Bu mübarizənin aparılmasında müvafiq dövlət orqanlarının fəaliyyəti ilə yanaşı, vətəndaşların da dəstəyinə ehtiyac var.

Heç kəs bu hallara münasibətdə izləyici mövqeyində dayanmamalıdır. Lazımi yerlərə, ərazi üzrə dövlət orqanlarına hətta anonim formada olsa belə, siqnal ötürmək olar. Hətta lazım gələrsə, “Polisə Dəstək” İctimai Birliyinin sədri olaraq, mənə də zəng edərək məlumat vermək olar.

Mövzunun mahiyyətini anlamaq istəsək, bir az daha dərinlərə enib problemin kökünü axtarmalıyıq. Avropada, Amerikada insanların nəyə normal baxıb-baxmadığı bizi maraqlandırmır. O ölkələrdə istədiyiniz yaşda, istədiyiniz çəkidə, istədiyiniz gözəllikdə qadını vitrindən seçə bilərsiniz.

Azərbaycan üçün isə bu, qəti olaraq qəbuledilməzdir. Gizlətmək lazım deyil, bizim televiziyalarımız fahişəliyi kifayət qədər təbliğ edir. Prezervativlərin, qadın alt paltarlarının, cinsi zəifliyin aradan qaldırılması üçün dərman preparatlarının reklamı təşviq xarakteri daşıyır.

Bir zamanlar belə vasitələrin adlarını insanlar bir-birinin qulağına pıçıldayaraq deyirdi. İndi isə televiziyalar car çəkib bağırır. Bu kimi halların qarşısının alınması çox vacibdir. Vətəndaş cəmiyyəti olaraq, hər birimiz milli adət-ənənələrimizi qorumalı, xarici yad ünsürləri və dəyərləri bacardığımız qədər özümüzə yaxın buraxmamalıyıq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

303
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv