!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda taksi xidmətinin vahid qaydaya keçməsi nələri dəyişəcək?

!Reklam – Yazi

Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ-hüquqi aktların layihələrinin hazırlanması gündəmdədir. Bu mövzu taksi fəaliyyəti ilə məşğul olan və həmin xidmətdən istifadə edən insanları da ciddi şəkildə maraqlandırır. Ediləcək dəyişikliklər taksi xidmətinə nə dərəcədə təsir göstərəcək? Bu yeniliklər qiymət dəyişikliyinə səbəb ola bilərmi?

Bununla bağlı nəqliyyat üzrə ekspert Ərşad Hüseynov  Yenicag.az-a bildirib ki, bu addımın məqsədi və hədəfi Bakı şəhərində taksi fəaliyyətinin mükəmməlləşməsidir. Hazırda taksi fəaliyyətində çoxlu sayda problemlərin olduğunu deyən ekspert onların həll olunmasını labüd hesab edir:

“Hazırda istənilən adam maşınının damına “şahmat” qoyub taksi kimi fəaliyyət göstərə bilər. Aqreqatorların fəaliyyəti tənzimlənmir, kimi istəyirlər, xidmətə qoşurlar, taksi sürücülərini 14 saat iş vaxtı ilə istismar edirlər. Həmçinin, sürücülərə dair tələblərə riayət olunmur”.

Ə.Hüseynov taksi qiymətlərinin dəyişilməsinin şəraitdən asılı olacağını güman edir:

“Əgər sadaladığım problemlər həll olunsa, qiyməti bazar özü tənzimləyəcək. Bakıda taksi sürücülərinin sayı məlum deyil. Bəlkə 100 min taksi sürücüsü var. Onların bir faizi lisenziya alıb, ya yox. Yerdə qalan 99 minin bəlkə heç sənədi də yoxdur. Qiyməti tənzimləmək üçün bu işlərlə məşğul olan adamların dairəsi məlum olmalıdır”.

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv