!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda teatr direktorunun vəzifəsinə xitam verilib - FOTO

!Reklam – Yazi

Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib.

Bu barədə Yenicag.az-a teatrın mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, direktor Tofiq Heydərovun vəzifəsinə yanvarın 17-dən xitam verilib.

“Teatrın direktor müavini İntiqam Hacılı direktor vəzifəsini müvəqqəti olaraq icra edir. Hazırda teatrda təhvil-təslim işləri aparılır”, – məlumatda deyilir.

İntiqam Hacılı isə bildirib ki, Lənkəran teatrında hazırda aparılan təhvil-təslim prosesi indiyə kimi bu formada aparılmayıb.

“Belə bir təhvil-təslim prosesi indiyə kimi bizim teatrda aparılmayıb. Yəni nə varsa, hər bir şeyin hesabatını aparırıq. Tofiq Heydərov əvvəl bu prosesi bir az ləngitdi, ona görə proses yanvarın 28-dən başladı. Bir neçə günə, yəqin ki, bitər”.

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv