!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda təbii qaz hasilatı 10 faizə yaxın artdı

!Reklam – Yazi

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda təbii qaz hasilatı 34,403 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 25,681 milyard kubmetr təşkil edib.

Yenicag.az bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 9,8 və 8,5 faiz artıb.

Hesabat dövründə neft və qaz kondensatının hasilatı 24,493 milyon tona bərabər olub ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,3 faiz azalıb. Əmtəə neftinin hasilatı 24,425 milyon ton təşkil edib və 5,4 faiz azalıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda təbii qaz hasilatı 43,86 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 32,57 milyard kubmetr, neft və qaz kondensatının hasilatı 34,58 milyon ton, əmtəə neftinin hasilatı 34,51 milyon ton təşkil etmişdi.

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv