!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda tədricən İTİRİLƏN GƏLƏCƏK: “Müəllimi elə yazıq vəziyyətə salıblar ki...”

!Reklam – Yazi

“Müəllimin bu halı ailəsindən tərbiyə görməyən şagirdlər üçün göydəndüşmə fürsətdir”.

Bu fikirləri Bakıda yeniyetmə qıza qarşı həmyaşıdları tərəfindən tətbiq olunan zorakılıq hadisəsinə münasibət bildirən sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, baş verən hadisədə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür.

“Əksəriyyət məktəbdə baş verən zorakılıq hallarını əks etdirən videoları ürək ağrısı ilə seyr edir. Övladına tərbiyə verməyən valideyn, tərbiyələnmək istəməyən uşaq, məqsədi təhsil yox, rüşvət olan direktorlar, dərs cədvəli satan müavinlər, tərbiyəsiz uşaq əlində naçar qalan müəllimlər, döyülən, yaxud döyən şagirdlər, yoxsa bütün bunlara gözünü yumub, qulağını tıxayan nazirlik – sizcə, hansı daha çox günahkardır?

Məktəblərdə ən böyük boşluq müəllim nüfuzunun yoxa çıxmasıdır. Müəllim kimi ali bir ünvanı sıxışdıra-sıxışdıra, yazıq görkəmə saldılar. Müəllimi elə yazıqlaşdırdılar ki, uşağa söz deməyə risk etmir. Daha müəllim nə təhsil verə bilir, nə də təlim-tərbiyə. İşi-gücü səhərdən-axşama qədər lüzumsuz kağız-kuğuz işlərini bitirmək, jurnal yazmaq, summativ yoxlamaqdır.

Başını qaldırıb sinifə baxa bilmir ki, nə baş verdiyini görsün. Onun bu halı ailəsindən tərbiyə görməyən şagirdlər üçün göydəndüşmə fürsətdir. Yəni səbəblər çoxdur, amma ən böyük günah valideynlərin üzərinə düşür. Məktəbdəki şagirdlər valideynlərin “əsər”idir, onların verdiyi tərbiyəni nümayiış etdirir.

Bir sözlə, şagird ailənin məktəbdəki inikasıdır. Biz uşağımıza tərbiyə verməsək, heç bir məktəb, heç bir müəllim onu düzəldə bilməz. Sağlam gələcək psixi və fiziki cəhətdən sağlam uşaqlar deməkdir. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, biz gələcəyimizi artıq itiririk”.

Nuray Məmmədzadə

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv