!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda tələbələrin sayı 20 min artacaq

!Reklam – Yazi

Azərbaycanda ali təhsil alanların sayı 20 min nəfər artacaq.

Yenicag.az xəbər verir ki, bu barədə 2024-2027-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının əsas prioritetlərində deyilir.

Qeyd edilib ki, gəlirindən asılı olmayaraq, bütün ailələrin övladları üçün təhsilə əlçatanlıq təmin olunacaq. Ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq.

Bununla yanaşı, ali təhsilin keyfiyyəti artırılacaq və beynəlxalq rəqabətliliyi təmin olunacaq. Rəqabətli maliyyələşmə və idarəetmə mexanizmləri yaradılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda ali təhsil müəssisələrində 205 mindən artıq tələbə təhsil alır./Trend/

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv