Azərbaycanda toyda dava – 48 yaşlı kişi…
Tovuzda toyda dava düşüb.
Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib.
Dava zamanı kənd sakini, 1970-ci il təvəllüdlü Rzayev Xanlar Əmiraslan oğlu naməlum şəxslər tərəfindən döyülüb.
Nəticədə X.Rzayevin dişləri və çənəsi sındırılıb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.