!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda türk lirəsinin alış qiyməti 5-6 qəpiyə düşdü

!Reklam – Yazi

Son günlərdə türk lirəsinin ucuzlaşmasının güclənməsi Azərbaycanda lirənin alış və satış qiymətlərində kəskin fərqlərin yaranmasına səbəb olub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankında bir lirənin alış və satış qiyməti 7,24 qəpik (100 lirə 7,24 manat – red.) olduğu halda, bəzi kommersiya bankları lirəni 5-6 qəpiyə alır. Banklardan lirə almaq istədikdə isə 7,6-8,4 qəpik ödəniş tələb olunur.

Bu məlumatlardan göründüyü kimi lirənin alış və satış qiyməti arasında 20-40 faiz fərq var.

Lirənin alış qiymətinin kəskin azalması Türkiyənin milli valyutasının ucuzlaşacağına dair gözləntinin yüksək olması ilə bağlıdır. Proqnozlara əsasən, lirə hələ bir neçə ay davamlı dəyər itirəcək. Proqnozlara əsaslansaq, lirənin manata nəzərən rəsmi məzənnəsinin 6-6,5 qəpik həddinə qədər sürətlə düşəcəyini güman etmək olar. Bu halda kommersiya banklarında lirənin alış qiyməti 4 qəpiyə qədər enə bilər.

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv