!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ÜDM SIÇRAYIŞI: “Kölgə iqtisadiyyatı”nın aradan qaldırılması və başqa amillər...” - ŞƏRH

!Reklam – Yazi

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının ölkə iqtisadiyyatına inteqrasiya olunması da mütləq qeyd edilməlidir”.

Bu fikirləri 2022-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) 4,6 faiz artmasını şərtləndirən amillərin təsirini şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, bu artım ölkədə aparılan iqtisadi siyasətin düzgün olmasının və mövcud daxili potensialdan səmərəli şəkildə istifadə edilməsinin göstəricisidir:

“Azərbaycanda ötən il Ümumi Daxili Məhsulun 2021-ci illə müqayisədə təqribən beş faiz artması doğrudan da, böyük göstəricidir. Məlum olduğu kimi, 2020 və 2021-ci illərdə dünya iqtisadiyyatı koronavirus pandemiyasının mənfi təsirlərinə məruz qalmışdı. Eyni zamanda, keçən ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi bu neqativ təsirləri xeyli gücləndirmişdi.

Ancaq buna baxmayaraq, biz görürük ki, belə mürəkkəb şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlılığının saxlanması və Ümumi Daxili Məhsulun həcmi əhəmiyyətli dərəcədə artıb. Bu o deməkdir ki, ölkədə aparılan iqtisadi siyasət düzgün qurulub və mövcud daxili potensialdan səmərəli şəkildə istifadə olunub.

Digər tərəfdən isə bu iqtisadi artımda ölkədə həyata keçirilən kadr və struktur islahatlarının, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi yönündə atılan addımların, şəffaflığın təmin olunmasının, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasının rolu da qeyd edilməlidir.

Bu sırada Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının ölkə iqtisadiyyatına inteqrasiya olunması da mütləq qeyd edilməlidir. Yəni bu iqtisadi zonalar artıq Azərbaycan iqtisadiyyatının dövriyyəsinə cəlb olunub və vurğulanan faktorun haqqında danışdığımız iqtisadi artımda öz payı var”.

A.Zeynalov

www.yenicag.az

278
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv