!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ümumi daxili məhsul istehsalı artdı

!Reklam – Yazi

2023-cü ilin yanvar-may aylarında ölkədə 49580,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5% azalıb, qeyri neft-qaz sektorunda isə 4% artıb.
Qeyd edək ik, ÜDM istehsalının 45,5%-i sənaye, 9,1%-i ticarət, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı, 4,5%-i tikinti, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,9 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5%-ni təşkil edib.

Bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM 4890,6 manata bərabər olub.

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv