!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda urbanizasiya PROBLEMİ: Bu sürətli axının qarşısını necə almaq olar?

!Reklam – Yazi

“Bu cür sürətli axının qarşısının alınması üçün ən vacib metodlardan biri bölgələrdə daha çox iş yeri yaratmaqdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bölgələrdən paytaxta insan axımının çoxalması və görülə biləcək tədbirlər haqda danışan sosioloq Mail Yaqub deyib.

Onun sözlərinə görə, ölkəmizdə hazırda urbanizasiya “eybəcər” bir hal alıb.

“Ölkəmizdə hazırda urbanizasiya “eybəcər” bir hal alıb. Hazırda regionlardan bir çox vətəndaş iş tapmaq ümüdi ilə Bakıya axışır. Təbii ki, bu cür sürətli axımın qarşısının alınması üçün ən vacib metodlardan biri bölgələrdə daha çox iş yeri yaratmaqdır”, – deyə o əlavə edib.

Sosioloqun sözlərinə görə, əgər bölgələrdə iş yeri yaranarsa, Bakıya bu cür axının qarşısı alınacaq.

“Ən vacib addımlardan biri bölgələrimizdə güzəştli kredit vermək, sahibkarları təşviq etməklə yeni iş yerləri yaratmaqdır. Fikrimcə, paytaxta axımın qarşısı yanlız bu cür alına bilər.
Əks halda, Bakıda əhalinin sayının çoxalması, insan sıxlığının , tıxacların çoxalması ilə narahatlığın artmasına, regionların boşalması, əhalinin şəhərə toplaşması, regionlarda istehsalın və kənd təsərrüfatının zəifləməsi ilə nəticələnə bilər”, – deyə o yekunlaşdırıb.

İsmayıl Bakuvi

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv