Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda vaksin sertifikatının müddəti 6 ay uzadıldı - QƏRAR

Son elmi araşdırmaların nəticəsinə və bir sıra ölkələrin vaksinasiya təcrübəsinə əsaslanaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası bir sıra qərarlar qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycan Respublikasında istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

2. Peyvəndlənmiş vətəndaşlar, ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycan Respublikasında istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının səhiyyə qurumları qabaqcıl ölkələrin vaksinasiya sahəsindəki təcrübələrini diqqətdə saxlayır və COVID-19 xəstəliyi ilə bağlı elmi yeniliklərin müsbət təcrübələri “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əlavə ediləcək.

www.yenicag.az

516
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100