!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda xalq-ordu-dövlət birliyi sarsılmazdır

!Reklam – Yazi

Ermənistanın cəbhə boyu təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır və işğalçıya layiqli cəza verilir. Buna baxmayaraq, torpaqlarımızın işğalda qalması, ermənilərin sərhəddə mütəmadi olaraq təxribatlar törətməsi rəsmi Bakının, o cümlədən ölkə ictimaiyyətinin ciddi narahatlığına səbəb olub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Qarabağı və ətraf rayonları mütləq işğaldan azad edəcəyik. İnsanlarımız həmin günü səbirsizliklə gözləyirlər.

Yenicag.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “XXI Əsrin Qadınları” İctimai Birliyi”nin sədri Mahirə Əmirhüseynova deyib.

O qeyd edib ki, vətəndaş cəmiyyəti institutu ictimai düşüncənin formalaşmasında əsas amil hesab olunur. Ölkənin həm iqtisadi, həm də siyasi uğurları göz önündədir. Pandemiyadan ən az itki ilə çıxan ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz işğala məruz qalıb və işğalçı cəbhədə təxribatlar törədir. Azərbaycanın bir ümumi problemi var, o da Dağlıq Qarabağ və ətrafında olan rayonların işğaldan azad edilməsi. Prezident, Ali Baş Komandan İlham Əliyev işğal faktının tezliklə aradan qaldırılması üçün böyük səylə çalışır. Xalqımız da dövlətimizin başçısının mövqeyini hər zaman dəstəkləyir və dəstəkləyəcək.

QHT sədri bildirib ki, Azərbaycan 30 il ərzində sülh danışıqlarına sadiq olduğunu dəfələrlə nümayiş etdirib. İşğalçı isə hazırkı status-kvonu saxlamağa cəhd göstərir, işğalçılıq siyasətini davam etdirməyə meyillidir. Təbii ki, belə olan təqdirdə Ordumuz düşmənə layiqli cavab verəcək. Azərbaycan xalqı torpaqlarını işğaldan azad etməyə hər zaman hazırdır. Azərbaycanda xalq-ordu-dövlət birliyi sarsılmazdır. Məhz bu birliyin nəticəsində biz qələbəyə nail olacağıq.

M.Əmirhüseynova xatırladıb ki, Azərbaycan Ordusunun Qafqazda ən güclü ordu olduğunu xarici ekspertlər dəfələrlə təsdiqləyiblər. Ölkəmizdə hərbi sahəyə göstərilən mənəvi-psixoloji dəstək, müasir silah-sursat, texnika ilə təminat, hərbi təlimlərin keçirilməsi, əlbəttə, düşməni lərzəyə salır. İşğalçı məğlub olacağını anlayır, ona görə də Paşinyanın qeyri-insani, qeyri-məntiqi davranışları gündən-günə daha da artır.

“Ermənilər Azərbaycan Ordusunun gücünə bələddirlər və bunu Aprel döyüşlərində bir daha gördülər. Kənarda düşmən dəyirmanına su tökən xəbislər birliyimizi poza bilməzlər. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə ordusuna güvənir və yaxın zamanlarda Şuşada bayrağımızın dalğalanacağı günü yaşayacağımıza tam əminik”, – deyə QHT sədri bildirib.

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv